Platini sərbəst buraxılıb

Platini sərbəst buraxılıb

UEFA-nın sabiq prezidenti Mişel Platini DÇ-2022 ilə bağlı sorğu-sual olunduqdan sonra sərbəst buraxılıb.
 
Fransız funksioner Fransa Milli Prokurorlar İttifaqının Parisin qərbindəki Nanterdə yerləşən ofisini tərk edərkən görüntülənib.
 
Sözügedən qurumun mətbuat katibi "Euronews"-a açıqlamasında Platininin mundialın ev sahibliyinin Qətərə verilməsi prosesinin araşdırılması ilə bağlı saxlanıldığını bildirib.

UEFA baş verənlərlə bağlı fikir bildirməkdən imtina edib. Qətər İcraiyyə Komitəsi ilə isə əlaqə saxlamaq mümkün olmayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR