Poçettino koronavirusa yoluxdu

Poçettino koronavirusa yoluxdu

PSJ-nin baş məşqçisi Maurisio Poçettinonun koronavirus testi müsbət nəticə verib.

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinalı mütəxəssis özünü təcrid edib. Qarşıdakı müddətdə kollektivə onun köməkçiləri Xesus Peres və Migel D`Aqostino rəhbərlik edəcək.

Poçettino PSJ ilə ilk titulunu yanvarın 14-də qazanıb. Paytaxt klubu Fransa Super Kuboku uğrunda görüşdə "Marsel"ə 2:1 hesabı ilə qalib gəlib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR