Poçettino:

Poçettino: "Peres mənə dedi ki, "Real"ı çalışdırsan, Valdebebasda qala bilərsən"

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının final matçı ərəfəsində gələcəyi ilə bağlı sualları cavablandırıb.

Argentinalı mütəxəssis hazırda bütün diqqətini "Tottenhem"ə yönəltdiyini və uzunmüddətli planlar qurmadığını bildirib:

"Çempionlar Liqasının finalından dərhal sonra gələcəyimlə bağlı qərar qəbul etməyəcəm. İlk növbədə klubun planları ilə tanış olmaq lazımdı. Növbəti mövsüm titul qazanmaq üçün müəyyən əlavələrə ehtiyacımız var.

"Real"ı çalışdırmaq?  "Tottenhem"də işləməkdən başqa bir hədəfim yoxdu. Uzunmüddətli planlar qurmamağa çalışıram. Futbol özü səni layiq olduğun yerə aparır.

Final ərəfəsində Valdebebasda məşqlərimiz olur, ancaq gecəni orada keçirmirik. Florentino Peres ("Real"ın prezidenti) təklifimizi qəbul etmədi. Onla bu barədə danışanda dedi: "Ancaq "Real"ı çalışdırsan, burada qala bilərsən".

Qeyd edək ki, iyunun 1-də "Liverpul" və "Tottenhem" arasında oynanılacaq final görüşünə Madriddə yerləşən "Vanda Metropolitano" stadionu ev sahibliyi edəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR