Poçettino Portuqaliya yolunda

Poçettino Portuqaliya yolunda

"Benfika" rəhbərliyi "Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino ilə danışıqlar aparır.
 
Sport7.az xəbər verir ki, bu haqda İngiltərə mətbuatı yazıb. Mənbənin məlumatına əsasən "qartallar" təcrübəli mütəxəssisə maliyyə baxımından əlverişli əməkdaşlıq şərtləri təklif edib. Ancaq məşqçi hələ ki cavab verməyə tələsmir.
 
Pochettino 2019-cu ilin payızından işsizdir. O, "Tottenhem"in baş məşqçisi postunu tərk etdikdən sonra komanda Joze Mourinyoya tapşırılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR