Poçettino

Poçettino "Yuventus"un təklifini qəbul edib - İddia

"Yuventus" baş məşqçi postunu "Tottenhem"in çalışdırıcısı Maurisio Poçettinoya həvalə etmək niyyətindədi.

Turin klubunun idman direktoru Fabio Paratiçi vasitəçilərin yardımı ilə Londonda "Tottenhem"in prezidenti Deniel Levi ilə danışıqlar aparıb.

Vasitəçilərin Paratiçi adından Poçettino ilə də əlaqə yaratdığı və argentinalı mütəxəssisin təklifi qəbul etdiyi bildirilir. "La Gazzetta dello Sport"un jurnalisti Nikolo Skiranın iddiasına görə, "Yuventus" 47 yaşlı məşqçi ilə 4 illik müqavilə imzalamağa hazırlaşır.

Xəbərdə Poçettinonun "Yuventus"dan illik 20 milyon avro məvacib tələb etdiyi qeyd olunub.

"Qoca Sinyora" bir neçə gün əvvəl Massimiliano Alleqrininin mövsümün sonunda postundan ayrılacağını bəyan etmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR