Pol Poqba Makrona görə Fransa yığmasından getdi

Pol Poqba Makrona görə Fransa yığmasından getdi

"Mançester Yunayted”in futbolçusu Pol Poqba Fransa milli komandasındakı karyerasını başa vurub.

Sport7.az xəbər verir ki, bu barədə Britaniyanın "Sun” nəşri məlumat yayıb. Ulduz futbolçunun bu qərarı almasına səbəb Fransa prezidenti Emmanuel Makronun müsəlmanlarla bağlı dini ayrı-seçkiliyə yol verməsi olduğu bildirilib. Ölkə başçısının İslam dini ilə bağlı açıqlamaları Fransadakı müsəlmanların da narazılığına yol açıb.

27 yaşlı yarımmüdafiəçi 2013-2020-ci illərdə Fransa yığmasının heyətində 71 oyun keçirib, 10 qola imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR