Pol Skoulz ingilis klubuna baş məşqçi təyin olundu

Pol Skoulz ingilis klubuna baş məşqçi təyin olundu


Pol Skoulz məşqçi kimi ilk rəsmi müqaviləsini imzalayıb.

Sport7.az-ın BBC-yə istinadən məlumatına görə, 44 yaşlı mütəxəssis İngiltərə Liqa-2-də (dördüncü divizion) mübarizə aparan "Oldem Atletik" klubunu çalışdıracaq. Skoulzun anlaşması bir il yarım müddətinə nəzərdə tutulub.

Beləliklə, "Mançester Yunayted"in canlı əfsanəsi artıq "Solford Siti"nin direktoru vəzifəsini icra etməyəcək. İngiltərə Futbol Liqası sözügedən klubun səhmlərinin 10%-inə sahib olan Skoulzun məşqçi kimi çalışmasında bir problem olmadığını bəyan edib.

Aktivində 42 xalı olan "Oldem Atletik" hazırda İngiltərə Liqa-2-də 14-cü pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR