Polina Qurenko Çexiyada çempion oldu

Polina Qurenko Çexiyada çempion oldu

16-17 yaşlılardan ibarət milli komandanın üzvü Polina Qurenko (-53 kq) Çexiyanın Plzen şəhərində 20-ci uşaq, yeniyetmə və gənclər arasında açıq beynəlxalq turnirdə iki qızıl medal qazanıb.

Sport7.az xəbər verir ki, 14-15 yaşlı yeniyetmələr arasında ikiqat Avropa çempionu Qurenko həm öz yaş dərəcəsində, həm də 21 yaşadək idmançılar arasında bütün rəqiblərini məğlub edib. Beynəlxalq turnirdə 18 ölkədən 921 müxtəlif yaşlı karateçi iştirak edib. 

Qadınlar arasında milli komandanın baş məşqçisi Denis Morozovun yetirməsini qarşıda Çilidə dünya çempionatı gözləyir. Çexiyada açıq karate kuboku yarışı oktyabrın son günlərində Santyaqoda gənclərin dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR