Polina Rəhimova Braziliya çempionatında ən çox xal toplayan oyunçudu

Polina Rəhimova Braziliya çempionatında ən çox xal toplayan oyunçudu

"Sesi Bauru"da çıxış edən Polina Rəhimova bəzi statistik göstəricilər üzrə Braziliya çempionatının lideridi.

İlk iki tur ərzində Polina toplam 45 xal toplayıb. O, bu mənada hamını qabaqlayır. İkinci sırada "Fluminense"nin üzvü Paula Borho qərarlaşıb. Eys sıralamasına da azərbaycanlı voleybolçu başçılıq edir. Polinin aktivində 8 eys var.

Qeyd edək ki, iki turdan sonra "Sesi"nin aktivində bir qələbə, bir məğlubiyyət var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR