Ponomaryov: “Vladislav Qədirov adını futbolumuzun tarixinə yazdırmağı bacarıb”

Ponomaryov: “Vladislav Qədirov adını futbolumuzun tarixinə yazdırmağı bacarıb”

Ötənlərin məşhur futbolçusu, millimizin sabiq baş məşqçisi İqor Ponomaryov "Neftçi”nin şanslarını dəyərləndirib.

Sport7.az-a verdiyi açıqlamada Ponomaryov "Neftçi”nin "Arsenal”ı keçə biləcək gücdə olduğunu bildirib:

"Təəssüflər olsun ki, "Neftçi”nin "Seperantsa” ilə oyunlarına baxa bilmədim. Amma görüntüləri izləmişəm, nəticədən də xəbərdaram. "Ağ-qaralar” tarixən ciddi hədəfləri olan klubdu. Bu mövsüm də yaxşı heyət formalaşıb, "Neftçi”dən avrokuboklarda uğur gözləməyə dəyər.

Tula "Arsenal”ının gücü də hər kəsə bəllidi, xüsusi nəsə əlavə etməyə ehtiyac yoxdu. Rusiya Premyer Liqasında çıxış edən komandanın zəif olduğunu düşünməyə dəyməz. "Neftçi” xüsusiylə səfərdəki oyunda diqqətli olmalıdı. Hər bir rəqiblə oynamaq olar. Rusiyada çempionat yeni başlayıb, komandalar hələ tam formada deyillər. "Neftçi”nin xeyrinə olan məqamlardan biri məhz budu. Ondan da yararlanmaq lazımdı. Komandamıza bu çətin sınaqda uğurlar arzulayıram.

Vladislav Qədirov həm "Neftçi”də, həm də "Arsenal”da çıxış edən, Rusiyada yetərincə tanınan azərbaycanlı futbolçudu. Onun Tulaya yollananlar arasında olmamasına təəssüfləndim. Qədirov dünya futbolunun tarixinə də adını yazdırıb, gənclər arasında dünya çempionudu. Azərbaycanda neçə nəfər belə futbolçu var? Üstəlik, Vladislav indi də Azərbaycan futbolunda çalışır, can qoyur, öz bildiklərini yeniyetmələrə də öyrədir. Tulada onu çox sevirlər, indi də yolunu gözləyirdilər. Çünki "Arsenal”da uzun müddət çıxış edib, özünü yaxşı tərəfdən göstərib. Düşünürəm ki, onu "Neftçi”ylə birlikdə səfər aparsaydılar, çox yaxşı iş görmüş olardılar. Qədirov Azərbaycan futbolu və "Neftçi” üçün çox işlər görüb”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR