Poqba "Mançester Yunayted"dən gedir - Mourinyoya görə

Poqba
"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba klubu tərk etmək niyyətindədir. 

Sport7.az xəbər verir ki, bu barədə "The Daily Mail" məlumat yayıb. 

Xəbərə görə, o, bu barədə fransız futbolçu komanda yoldaşlarına və rəhbərliyə məlumat verib. 

Poqba klubun icraçı direktoru Edu Vudvorda "Barselona"ya keçmək istədiyini bildirib. 

Qeyd edək ki, Poqbanın klubdan ayrılmaq istəməsinin səbəbi baş məşqçi Joze Mourinyonun ona olan davranışıdır. Belə ki, portuqalıyalı mütəxəssis dünya çempionatından sonra Poqbaya əlavə istirahət verməyib. Mourinyonun bu hərəkəti futbolçunun xoşuna gəlməyib. 
 
Sport7.az

Xəbər lenti