Poqba MY-dəki gələcəyi barədə:

Poqba MY-dəki gələcəyi barədə: "Hər şey sual altındadı"

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba "Çelsi" ilə oyundan (4:0) sonra klubdakı gələcəyi ilə bağlı danışıb:

"Həmişə meydanda əlimdən gələnin ən yaxşısını edəcəm. Gördüyünüz kimi, klubdan ayrılacağımı əsas gətirərək meydanda gücümü qoymadığımı deyənlər yanıldılar. Hər şeyi zaman göstərəcək. Hələlik hər şey sual altındadı.

Hazırda "Mançester"in oyunçusuyam. Komanda yoldaşlarımla birlikdə zamanımı maraqlı keçirirəm. Həmişə qələbə qazanmaq istəyirəm. Ona görə də meydanda bacardığımın ən yaxşısını etməyə davam edəcəm".

Poqba "Çelsi" ilə görüşdə iki məhsuldar ötürmənin müəllifi olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR