Poqba

Poqba "Real"a keçmək istəyir, MY transferə qarşı çıxır

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba karyerasını "Real"da davam etdirmək istəyir. Bu barədə "Marca" məlumat yayıb.

Digər tərəfdən, "Mançester Yunayted"in sahibləri 26 yaşlı futbolçu ilə yolların ayrılmasına qarşı çıxırlar. Qleyzerlər ailəsinin Poqbanın agentinə digər klublarla danışıqlar aparmamağı tapşırdığı bildirilir.

"Real" Poqbanın transferinin əleyhinə deyil. Klub prezidenti Florentino Peres və baş məşqçi Zinədin Zidan fransızın xidmətində maraqlıdılar.

Agent Mino Rayola hazırda "Ayaks"ın müdafiəçisi Matteys de Lixtin transfer məsələlərini həll etməyə çalışır. Mənbənin iddiasına görə, hollandiyalıdan sonra məhz Poqbanın keçidi onun üçün prioritetə çevriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR