"Portlend" Pau Qazolu heyətdən çıxarıb

"Portlend" mərkəz oyunçusu Pau Qazolu heyətdən kənarlaşdırıb.

ESPN-in insayderi Adrian Voynarovskinin xəbərinə görə, Qazol komandada məşqçi kimi çalışacaq. Hazırda "Portlend" rəhbərliyi 39 yaşlı basketbolçunun komandadakı yeni rolunu dəqiqləşdirmək üçün danışıqlar aparır.

Qazol sol ayağındakı zədəsini sağaltmağa çalışırdı.

Qeyd edək ki, ötən yay "Treyl Bleyzers" ispaniyalı oyunçu ilə 1 illik müqavilə imzalamışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR