"Portlend"dən Si Cey Makkolluma 100 milyon dollarlıq yeni müqavilə

Si Cey Makkollum və "Portlend" arasında razılıq əldə olunub.

ESPN-in insayderi Edrian Voynarovskinin məlumatına görə, tərəflər 100 milyon dollar dəyərində olan 3 illik müqavilənin şərtlərini razılaşdırıblar. Beləliklə, 27 yaşlı basketbolçunun müqavilə müddəti 5 ilə çatdırılıb və onun ümumi qazancı 157 milyon dollar təşkil edəcək.

Makkollum 2018-19 mövsümündə 21,0 xal, 4,0 ribaund və 3,0 asist ortalamaları ilə oynayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR