Portuqaliya dünya çempionatının qalibi oldu

Portuqaliya dünya çempionatının qalibi oldu

Paraqvayda keçirilən çimərlik futbolu üzrə dünya çempionatına yekun vurulub.

Final matçında Portuqaliya və İtaliya yığmaları üz-üzə gəliblər. Qarşılaşma Pireney təmsilçisinin 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Portuqaliya 3-cü dəfə dünya çempionatının qalibi adını qazanıb.

Üçüncülük uğrunda görüşdə isə Rusiya Yaponiyanı məğlub edib - 5:4. 


Çimərlik futbolu

Dünya çempionatı

Paraqvay

Üçüncü yer uğrunda görüş

Yaponiya - Rusiya - 4:5


Final

Portuqaliya - İtaliya - 6:4


Qeyd edək ki, Yaponiya millisinin üzvü Ozu Moreyra turnirin ən yaxşı oyunçusu seçilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR