Portuqaliya klubu "Benfika"da koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Yanvarın 16-da götürülmüş testlərdən 17-si müsbət çıxıb. İnfeksiyaya yoluxanlardan neçəsinin futbolçu olduğu açıqlanmır. Komanda 14 günlük karantinə alınıb. Lissabon təmsilçisinin bu müddət ərzindəki oyunlarının təxirə salınacağı gözlənilir.
"Benfika" ölkə çempionatında 3-cü pillədə qərarlaşıb. Avropa Liqasında pley-offa yüksələn komanda bu mərhələdə İngiltərə "Arsenal"ı ilə qarşılaşacaq.
Sport7.az