Portuqaliya millisinin qapıçısı öldü

Portuqaliya millisinin qapıçısı öldü

Portuqaliya millisinin və "Portu"nun həndbolçusu Alfredo Kintana dünyasını dəyişib.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. 4 gün öncə məşq zamanı ürəyi dayanan və komaya düşən 33 yaşlı qapıçının həyatını xilas etmək mümkün olmayıb.

Həkimlərin sözlərinə görə, təcrübəli qolkiperin vəziyyətinin pisləşməsinə beynindəki şiş səbəb olub.

10 ildir "Portu"dan çıxış edən Kintana 2014-cü ildən yığmanın formasını geyinirdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR