Portuqaliya və Serbiya milliləri Azərbaycana gəlir - YENİLƏNİB

Portuqaliya və Serbiya milliləri Azərbaycana gəlir - YENİLƏNİB

Bu gün İsveçrənin Nyon şəhərində U-17 və U-19 komandalar arasında Avro-2015-in elit-raundunun, həmçinin 2016-cı ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunub. Sport7.az saytı püşkün nəticəsini diqqətinizə çatdırır:
 
U-19, elit raund
VII qrup
İngiltərə
Fransa
Danimarka
Azərbaycan
Oyunlar 2015-ci il martın 26, 28 və 31-də Fransada keçiriləcək.
 
U-19, ilkin seçmə mərhələ, Avro-2016 
V qrup
Türkiyə
Ukrayna
Bosniya və Herseqovina
Azərbaycan
Oyunlar 2015-ci il noyabrın 10, 12 və 15-də Azərbaycanda keçiriləcək.
 
U-17, elit raund
II qrup
Portuqaliya
Xorvatiya
Serbiya
Azərbaycan
Oyunlar 2015-ci il martın 17, 19 və 22-də Azərbaycanda keçiriləcək.
 
Qeyd edək ki, U-17-lər arasında Avro-2016-nın final mərhələsi Azərbaycanda təşkil olunacağı üçün müvafiq yaş qrupuna aid yığmamız seçmə mərhələdə iştirak etməyəcək və təşkilatçı ölkə təmsilçisi olaraq birbaşa final mərhələsində mübarizə aparacaq.

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR