Millətlər Liqası: Portuqaliya Ronaldunun het-triki sayəsində finalda (VİDEO)

Millətlər Liqası: Portuqaliya Ronaldunun het-triki sayəsində finalda (VİDEO)

Millətlər Liqasında final mərhələsinə start verilib.

A Liqasında "Dördlər finalı"nın ilk görüşü keçirilib. Portuqaliya İsveçrə ilə qarşılaşıb.
 
Oyunda hesab 25-ci dəqiqədə açılıb. Kriştianu Ronaldu cərimə zərbəsindən fərqlənib. İkinci hissənin əvvəllərində referi Feliks Brıx VAR-a baxdıqdan sonra portuqalların qapısına penalti təyin edib. 11 metrlik nöqtəyə yaxınlaşan Rikardo Rodriqes dəqiq olub. Oyunun son dəqiqələrində səhnəyə yenidən KR çıxıb. Ronaldu əvvəlcə 88-ci dəqiqədə komandasını önə keçirib, iki dəqiqə sonra isə het-trikini rəsmiləşdirərək matça nöqtə qoyub. Beləliklə, İsveçrəni 3:1 hesabı ilə məğlub edən Portuqaliya A Liqasının finalına yüksəlib.
 
Liqanın digər yarımfinal matçı sabah oynanılacaq. Hollandiya İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.

"Dördlər finalı"na Portuqaliya ev sahibliyi edir.


Millətlər Liqası

A Liqası

Final mərhələsi

Yarımfinal

5 iyun

Portuqaliya - İsveçrə - 3:1
 
Qollar: Ronaldu (25, 88, 90) - Rodriqes (57)

Baş hakim: Feliks Brıx (Almaniya)

"Draqau" stadionu, Portu

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR