Portuqaliyalı futbolçu

Portuqaliyalı futbolçu "Liverpul"un tarixinə düşdü

"Liverpul" Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda evdə Danimarka "Midtüllann"ına qarşı matçda öz tarixinin 10000-ci qolunu vurub.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi "Twitter” səhifəsində məlumat yer alıb. Qolun müəllifi portuqal futbolçu Dioqu Jota olub. Liverpul şəhərində keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə qurtarıb.

Mersisayd klubu növbəti turda səfərdə "Atalanta" ilə qarşılaşacaq.

"Liverpul" 1892-ci ildə yaradılıb. "Qırmızılar" 10000 qolu vurmaq üçün 5 753 matç keçirməli olublar.
 
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR