Portuqaliyalı məşqçi millidən ayrıldı

Portuqaliyalı məşqçi millidən ayrıldı

Kolumbiya millisi baş məşqçi Karluş Keyruşla yollarını ayırıb.

Sport7.az xəbər verir ki, bunu Cənubi Amerika ölkəsinin futbol federasiyası açıqlayıb. Qurumla mütəxəssis qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Bununla da portuqaliyalı mütəxəssisin Kolumbiya yığmasındakı 2 illik fəaliyyəti başa çatıb.

2019-cu il fevralın 7-də millinin sükanı arxasına keçən Keyroş komandanı 18 oyuna çıxarıb. Onun yetirmələri 9 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə uduzub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR