Poryedən Makqreqora tarixi zərbə

Poryedən Makqreqora tarixi zərbə

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor Dastin Porye ilə döyüşüb.

Sport7.az xəbər verir ki, Əbu-Dabidə keçirilən dueldə Dastin Porye qələbə qazanıb. Döyüş ikinci raundda texniki nokautla qurtarıb. Bu, Makqreqorla Poryenin ikinci qarşılaşmasıdır. Onlar altı il əvvəl də döyüşüblər, həmin vaxt irlandiyalı qələbə qazanıb.

Makqreqor UFC-də 22 dəfə qələbə qazanıb, 5 dəfə məğlub olub. Porye 27 döyüşdən qalib ayrılıb, 6 dəfə məğlubiyyətlə üzləşib.

Daha əvvəl bildirilib ki, karyerasını başa vurmuş Həbib Nurməhəmmədov Makqreqor-Porye döyüşünün qalibi ilə qarşılaşa bilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR