Prandelli "Qalatasaray"la bağlı məhkəməni uddu

Prandelli
"Qalatasaray"ın sabiq baş məşqçisi Çezare Prandelli kluban 7 milyon avro alacaq.
 
Sport7.az xəbər verir ki, "Sarı-qırmızılar"ı 2014/2015 mövsümündə 16 matça çıxarmış mütəxəssis başa bəla olub. Türkiyə mətbuatının yazdığına görə Duyğun Yarsuvatın prezidentliyi dönəmində "Qalatasaray"dan göndərilən Prandellinin klubdan şikayəti təmin edilib. 
 
CAS-dakı məhkəmədə məqsədinə çatan 60 yaşlı mütəxəssis "Qalatasaray"dan 7 milyon avro alacaq.
 
Sport7.az

Xəbər lenti