Premyer Liqa klublarımız

Premyer Liqa klublarımız "günü" belə dəyərləndirdilər

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən klublarımız güclərini yoxlama oyunlarında sınayıblar. 

Sport7.az keçirilən görüşlərin nəticələrini təqdim edir. 

Zirə İdman Kompleksinin stadionunda "Sumqayıt" ilə "Zirə" arasında baş tutan qarşılaşma 0:0 hesabı ilə başa çatıb. 
 
Oyun barədə klubun mətbuat xidmətinə danışan "Zirə”nin baş məşqçisi Zaur Həşimov yoxlama oyununu şərh edib: "Qarşılaşmanı keçirməkdə əsas məqsədimiz az meydana çıxan və zədədən qayıdan futbolçuların oyun praktikası qazanması idi. İstəyirdik ki, bir az oyunu, meydançanı hiss etsinlər. Hazır vəziyyətdə olan 10 futbolçumuz var idi, elə onlarla da meydana çıxdıq. Heç bir limitə fikir verməmişdik. Start heyətində 8 legioner çıxmışdı. Futbolçularda istədiyimizi görə bildik".

"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov isə bunları söyləyib: "Çempionatda yaranmış fasilədən istifadə edib, yoxlama oyunu keçirdik. Liqada az şans verdiyimiz futbolçuları da iş başında görmək istəyirdik. Gələn həftə də bizi "Qarabağ"la çətin oyun gözləyir. Həftə ərzində yaxşı məşq edərək, qarşılaşmaya tam hazır olmağa çalışacağıq".

"Asco Arena”da keçirilən "Qəbələ” - "Səbail” matçında əyalət təmsilçisi 3:2 hesabı ilə qalib gəlib. 

Birinci Divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşan "Keşlə" rəqibini 4:0 hesabı ilə məğlub edib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR