Premyer Liqa klubu baş məşqçisi ilə vidalaşır

Premyer Liqa klubu baş məşqçisi ilə vidalaşır
"Everton"un baş məşqçi ilə yollarını ayıracaq.

Sport7.az xəbər verir ki, bu barədə ingilis mətbuatı məlumat yayıb.

Mətbuatın yazdığına görə, klub rəhbərliyi Sem Ellardaysla vidalaşmaq fikrindədir. Yaxın 2 gün ərzində klubun sahibi Fardad Moşirinin Ellardaysla görüşərək, onu vəzifədən azad edəcəyi gözlənilir. 

Müqaviləyə uyğun müxətəssisə təzminat da ödəniləcək. Sem Ellardaysın əvəzinə isə artıq namizəd bəllidir. Bu "Hall siti" və "Uotford"un keçmiş baş məşqçisi olan Marko Silvadır. 

Xatırladaq ki, Sem Ellardaysın müqaviləsinin bitməsinə 1 il qalıb hələ.
 
Sport7.az

Xəbər lenti