Premyer Liqa klubunun gözü bu futbolçularda

Premyer Liqa klubunun gözü bu futbolçularda

"Mançester Siti” klubu ön xəttini gücləndirmək niyyətindədi.

Sport7.az xəbər verir ki, "şəhərlilər” hücuma artıq iki namizədini müəyyənləşdirib.

Rəhbərlik Dortmund "Borussiya”sının gənc forvardı Erlinq Haland və "İnter”in qolçusu Romelu Lukaku arasında seçim etmək istəyir. Premyer Liqa təmsilçisi yay transferləri üçün ümumilikdə 200 milyon avro büdcə ayıracaq. Bu məbləğin böyük hissəsinin adıçəkilən hücumçulardan birinin keçidinə xərclənməsi nəzərdə tutulur.

Bu mövsüm Haland Bundesliqada, Lukaku isə A seriyasında 12 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR