Premyer Liqa tarixinə düşən məşqçi öldü

Premyer Liqa tarixinə düşən məşqçi öldü

Tanınmış slovakiyalı baş məşqçi Yozef Venqloş vəfat edib.

Sport7.az xəbər verir ki, mütəxəssis 85 yaşında dünyasını dəyişib. Futbolçu vaxtı yarımmüdafiəçi kimi çıxış edən Venqloş 1955-ci ildə "Slovan”la Çexoslovakiya çempionu adına yiyələnib. Hepatit xəstəliyi üzündən karyerasını 30 yaşında başa vuran slovakiyalı Avstraliyaya köçərək məşqçilik fəaliyyətinə başlayıb.

Məşqçi kimi tez-tez komanda dəyişən Venqloş Avstraliya klublarının ardından vətənində "Koşitse”, "Slovan”, Portuqaliyada "Sportinq”, Malayziyada "Kuala Lumpur”, İngiltərədə "Aston Villa”, Türkiyədə "Fənərbaxça”, Şotlandiyada "Seltik”, Yaponiyada "Cef Yunayted”ə rəhbərlik edib. O, Çexoslovakiya, Avstraliya, Malayziya, Slovakiya və Oman millilərinin də baş məşqçisi olub.

Çexoslovakiya millisində AVRO-1980-nin bürünc mükafatını qazanan mütəxəssis DÇ-1990-da 1/4 final həyəcanı yaşayıb.

Venqloş İngiltərə Premyer Liqasının tarixinə də düşüb. O, burada çalışan ilk əcnəbi mütəxəssis olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR