Premyer Liqa təmsilçilərimiz

Premyer Liqa təmsilçilərimiz "sülh" bağladı

Fasilədən səmərəli şəkildə istifadə etmək istəyən Premyer Liqa təmsilçilərimiz "Zirə" ilə "Keşlə" yoxlama matçı keçirib.
 
Sport7.az xəbər verir ki, Zirə Olimpiya Kompleksinin stadionunda baş tutan görüşdə əvvəlcə "Keşlə" 6 və 21-ci dəqiqələrdə vurulan qollarla hesabda üstünlük əldə edib. Ancaq Tərlan Əhmədovun komandası bu üstünlüyü qoruyub saxlaya bilməyib. "Zirə" 38 və 39-cu dəqiqələrdə ardıcıl 2 qol vurmaqla məğlubiyyətdən xilas ola bilib. Qısası, görüşün ilk hissəsində 4 qol vurulub. İkinci hissədə futbolçular fərqlənə bilməyincə, komandalar meydandan "sülh"lə ayrılmaq məcburiyyətində qalıb - 2:2.

Yoxlama matçı 

"Zirə" - "Keşlə" 2:2 
(Slavik Alxasov, 6, Emin Mehdiyev, 21, Soni Norde, 38, Nicat Süleymanov 39)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR