Premyer Liqada 14-cü start

Premyer Liqada 14-cü start

Bu həftə Azərbaycan Premyer Liqasında yeni – 2019/20 mövsümü başlayacaq.

 

Sport7.az xəbər verir ki, sayca 28-ci olan ölkə çempionatı "Qəbələ”nin tarixində 14-cü olacaq. 2006-cı ildə yüksək dəstədə debüt edən "qırmızı-qaralar” 13 çempionatı arxada qoyub.

 

Bu müddətdə komanda 5 dəfə mükafatçılar sırasına düşüb. "Qəbələ”nin hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.

 

Son 13 mövsümdə komanda 392 matça çıxıb. "Qəbələ” 161 qələbə qazanıb, 103 heç-heçə edib və 128 dəfə uduzub. Rəqib qapılarından 480 top keçirən futbolçular 409 qol buraxıblar.

 

2006/07 

24

4

4

16

17-47

20

XI yer 

2007/08 

26

11

3

12

33-36 

36

VI yer

2008/09

26

9

6

11

28-21

33

X yer 

2009/10

32

13

10

36-36

49

VI yer 

2010/11

32

13

12 

31-18

51

VII yer 

2011/12

32

15

10 

43-32 

52

V yer

2012/13

32

10

8

14

32-40

38

VI yer

2013/14 

36

18

7

11

48-36

61

III yer 

2014/15

32

15

46-35 

54

III yer 

2015/16

36

16

11

9

44-28

59

III yer

2016/17

28

14

10

4

46-21

52

II yer

2017/18

28

14

7

7

43-26

49

II yer

2018/19

28

9

9

10

31-33

36

IV yer

 

Bu 13 ildə 219 futbolçu "Qəbələ”nin şərəfini qoruyub. Ən çox oyun keçirən futbolçulardan beşi 100 matç səddini arxada qoyub: Urfan Abbasov - 177, Dodo - 131, Dmitri Bezotosnı - 117, Viktor Mendi – 112, Elvin Camalov – 111.

 

"Qəbələ”nin Premyer Liqadakı bombardiri Viktor Mendidir – 29 qol. Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. 


"Qəbələ” arxada qalan 13 mövsümü 9 baş məşqçinin rəhbərliyi altında keçirib. Ramiz Məmmədov hamıdan çox – 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub. 3-cü göstərici ingiltərəli Toni Adamsa məxsusdur – 44 oyun. Komandanın indiki məşqçisi Sənan Qurbanov 31 çempionat görüşündə "qırmızı-qaralar”a rəhbərlik edib. "Qırmızı-qaralar” 13 mövsüm ərzində 24 müxtəlif rəqiblə qarşılaşıb.

 

"Qəbələ” 7 dəfə mövsümə qələbə ilə başlayıb. Startda 4 heç-heçəsi olan komanda 2 dəfə ilk matçını uduzub. Son 3 çempionatda "qırmızı-qaralar” ilk turu qələbə ilə başa vurub. 2016/17 mövsümündə "Kəpəz”i 2:0, növbəti çempionatda "Keşlə”ni 2:1 hesabı ilə yenən bölgə təmsilçisi ötən il "Səbail”in qapısından üç cavabsız qol keçirib.

 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR