Premyer Liqada daha 8 yoluxma

Premyer Liqada daha 8 yoluxma

İngiltərə Premyer Liqasında çıxış edən klublar növbəti dəfə koronavirus testindən keçirilib.
 
Sport7.az
xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, 16-22 noyabr aralığında 1530 nəfərdən koronavirus testi götürülüb və 8 nəfərdə virus olduğu aşkarlanıb.

Bununla da, 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 76-ya çatıb.

Qeyd edək ki, koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun olaraq 10 gün karantində qalacaqlar.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR