Premyer Liqada əvəzetmə sayı ilə bağlı qərar - ləğv olundu

Premyer Liqada əvəzetmə sayı ilə bağlı qərar - ləğv olundu

İngiltərə Premyer Liqası klubları arasında keçirilən toplantıda 2020/21 mövsümündə VAR sisteminin tətbiqi və əvəzetmə sayını müzakirə olunub.

Sport7.az xəbər verir ki, iclasda əvvəlki kimi, 3 əvəzetmədən istifadə qaydasına qayıtmaq barədə qərar qəbul olunub. Sifariş olunan ehtiyat oyunçuların sayı isə maksimum 7 nəfər ola bilər. Yəni komandalar hər görüşə 18 futbolçu sifariş edəcək.

Əksər iştirakçılar hesab edir ki, koronavirus pandemiyası ilə bağlı fasilədən sonra tətbiq olunan 5 əvəzetmə qaydası böyük klubların işinə yarayır. İclasda həmçinin VAR-dan FİFA qaydalarına tam uyğun şəkildə istifadəsi qərara alınıb.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) 5 əvəzetmə qaydasını tətbiq olunma müddətini növbəti mövsümün sonuna qədər uzatsa da, hər liqa bununla bağlı qərar vermək səlahiyyətlərini saxlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR