Premyer Liqada keçən ayın ən yaxşı baş məşqçisi seçildi

Premyer Liqada keçən ayın ən yaxşı baş məşqçisi seçildi
Ingiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sport7.az xəbər verir ki, bu ada "Mançester Yunayted"in çalışdırıcısı Ole-Qunnar Sulşer layiq görülüb. 

Bu barədə klubun "tvitter" səhifəsi məlumat yayıb. 

O, səsvermədə həmkarları Şon Dayç ("Bernli") və Ralf Hazenhyuttlu ("Sauthempton") qabaqlayıb.

Qeyd edək ki, "Mançester Yunayted" ötən ay Sulşerin başçılığı altında keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, bir dəfə isə heç-heçə edib.
 
Sport7.az

Xəbər lenti