Premyer Liqada mövsüm ləğv olunur

Premyer Liqada mövsüm ləğv olunur

İngiltərə Premyer Liqasının rəhbərliyi koronavirus pandemiyası səbəbindən mövsümü ləğv etməyə hazırlaşır.

Sport7.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
 
Xəbərə görə, bu haqda "Udineze"nin idman direktoru Pyerpaolo Marino məlumat verib:

"UEFA-nın mümkün sanksiyalarına baxmayaraq, Belçika Futbol Federasiyası artıq mövsümü bitirmək qərarına gəlib. İngiltərə Premyer Liqasının rəhbərliyi də eyni fikirdədi. Bu yaxınlarda mövsümün ləğv olunduğuna dair bəyanat yaymağa hazırlaşırlar. Çünki İngiltərədə vəziyyət artıq çox ciddidi. Sözün düzü, mən, sadəcə, ümid edirəm ki, koronavirus bitdikdən sonra futboldan yenidən zövq ala biləcəyik. Nə qədər vaxt alacağı önəmli deyil, bu təhlükə zonasından çıxmalıyıq. Mən növbəti mövsümlərə görə narahatam, keçmişdəkilərə görə yox".

Qeyd edək ki, "Udineze" və "Uotford" klubları Potso ailəsinə məxsusdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR