Premyer Liqada yeni mövsümün təqvimi açıqlandı (FOTO)

Premyer Liqada yeni mövsümün təqvimi açıqlandı (FOTO)

İngiltərə Premyer Liqasında 2019-20 mövsümünün təqvimi bəlli olub.

9 avqustda start götürəcək mövsümə 2020-ci ilin 17 mayında yekun vurulacaq.

Çempionatın açılış matçı "Liverpul" və "Norviç" komandaları arasında oynanılacaq. Son iki mövsümün qalibi "Mançester Siti" ilk turda "Vest Hem"in qonağı olacaq. "Tottenhem" start həftəsində "Aston Villa" ilə, "Arsenal" isə "Nyukasl"la qarşılaşacaq. Birinci turun ən diqqətçəkən matçında "Mançester Yunayted" "Çelsi"ni qəbul edəcək.


İngiltərə Premyer Liqası

Birinci tur

9 avqust

"Liverpul" - "Norviç"


10 avqust

"Vest Hem" - "Mançester Siti"

"Bornmut" - "Şeffild Yunayted"

"Börnli" - "Sauthempton"

"Kristal Pelas" - "Everton"

"Lester" - "Vulverhempton"

"Votford" - "Brayton"

"Tottenhem" - "Aston Villa"


11 avqust

"Nyukasl" - "Arsenal"

"Mançester Yunayted" - "Çelsi"


"Liverpul" və "Mançester Siti" 9 noyabrda "Ənfild"də, 2020-ci ilin 4 aprelində isə "Etihad"da üz-üzə gələcəklər.

"Mançester Yunayted" və "Liverpul" arasındakı ilk görüş 19 oktyabrda "Old Trafford"da keçiriləcək. Əzəli rəqiblər arasındakı ikinci matç 2020-ci il, 18 yanvar tarixinə təsadüf edəcək.
 
Təqvimin tamamına buradan nəzər sala bilərsiniz.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR