Cari mövsümün ilk qələbəsi

Cari mövsümün ilk qələbəsi "Qarabağ"dan - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünə start verilib.

Sport7.az xəbər verir ki, cari "futbol ili"nin ilk matçı Mərdəkanda "Dalğa Arena"da baş tutub. "Keşlə" son Azərbaycan çempionu "Qarabağ"la qarşılaşıb. 

Matç ağdamlıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolun müəllifi 78-ci dəqiqədə İsmayıl İbrahimli "Keşlə"nin qapısından keçirib. Bu görüşdə mövsümün ilk qırmızı vərəqəsi də sahibini tapıb. Belə ki, "Keşlə"nin futbolçusu Emin Mehtiyev əllə oynadığı üçün ikici sarı vərəqə ilə meydandan qovulub. 2019/2020 mövsümünün ilk sarı vərəqəsini isə "Qarabağ"ın futbolçusu Rahil Məmmədov "qazanıb".
 
Beləliklə, Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün ilk qələbəsi "Qarabağ"dan gəlib. 

Azərbaycan Premyer Liqası

1-ci tur

16 avqust (cümə)

19:00. "Keşlə” – "Qarabağ” 0:1

(İsmayıl İbrahimli, 78) 

"Keşlə”: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 11. Ruslan Qurbanov, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 25. Con Kamara, 5. Franko Valentin Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 14. Emin Mehtiyev, 19. Azər Salahlı, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 6. Rəşad Sadiqov, 71. Emin Quliyev, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov
Baş məşqçi: Tərlan Əhmədov

"Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 99. Maqaye Geye, 23. Fayçal Rerras, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 11. Mahir Emreli, 4. Rəşad Sadıqov, 6. Simeon Slavçev, 3. Ailton Silva, 8. Markos Madera, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
"Dalğa Arena”

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR