Premyer Liqanın daha iki klubunda koronavirus

Premyer Liqanın daha iki klubunda koronavirus

İngiltərə Premyer Liqasında daha iki klubda koronavirus aşkarlanıb.
 
Sport7.az xəbər verir ki, çempionatın rəhbərliyi 19, 20 və 21 mayda götürülən testlərin cavabları açıqlanıb. Açıqlamada iki klubun hərəsində 1 nəfərdə testlərin nəticələri müsbət çıxıb.
 
Klubların və virusa yoluxanların adları açıqlanmasa da onların təcrid olunacaqları bildirilib.  
 
Daha öncə 17 və 18 mayda aparılan testlərin nəticəsində 6 nəfərin virusa yoluxduğu açıqanmışdı. Bunların arasında "Uotford"dan Adrian Mariappa ilə iki klub üzvü və "Börnli"də köməkçi menecer İan Voan da var.
 
Martdan təxirə salınan Premyer Liqanın iyunda bərpası planlaşdırılsa da konkret tarix açıqlanmayıb. Hökümət iyunun 1-dən yüksək səviyyəli peşəkar yarışların keçirilməsinə icazə verəcək. 
 
İngiltərədə bugünə qədər 257 min 154 yoluxma halı aşkarlanıb. Birləşmiş Krallıqda ümumilikdə ölənlərin sayı 36 min 675 nəfəri keçib.
 
Sport7.a

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR