Premyer Liqanın yayım hüququ üçün milyardlar xərcləndi

Premyer Liqanın yayım hüququ üçün milyardlar xərcləndi
İngiltərə Premyer Liqasının 2019-2022-ci illər arasındakı yayım hüququnun önəmli bir qismi 4,464 milyard funt-sterlinq qarşılığında iki telekanala satılıb.
 
Sport7.az xəbər verir ki, Premyer Liqadan verilən açıqlamada sözügedən mövsümlər arasında 7 paketə bölünən oyunların 5 paketinin hərraca çıxarıldığı və satıldığı bildirilib. 
 
3,58 milyard funt-sterlinq qarşılığında 4 paket satın alan "Sky Sports" bu dönəmdə 128 oyun yayımlamaq hüququ əldə edib. "BT Sports" isə 884 milyon funt sterlinq qarşılığında 1 paket satın alıb və 32 oyun yayımlamaq hüququna yiyələnib.  
 
Hər birində 20 matç olan qalan iki paketin satışı isə daha sonra həyata keçiriləcək. 
 
Premyer Liqanın 2015-2019 mövsümlərinin yayın hüququ 5,14 milyard funt-sterlinqə satılmışdı.

Xəbər lenti