Premyer Liqaya 3-cü vəsiqənin sahibi müəyyənləşdi

Premyer Liqaya 3-cü vəsiqənin sahibi müəyyənləşdi

İngiltərə Premyer Liqasına sonuncu vəsiqənin sahibi bəlli olub.

Sport7.az xəbər verir ki, Çempionşipdə ilk iki yeri tutan "Lids” və "Vest Bromviç”in ardından "Fulhem”də yüksək dəstədə oynamaq hüququ qazanıb.

Bu, pley-off mərhələsinin final matçından sonra rəsmiləşib. Londondakı "Uembli” stadionunda baş tutan həlledici görüşdə "Brentford”u əlavə vaxtda 2:1 hesabı ilə məğlub edən "Fulhem” bir illik fasilədən sonra Premyer Liqaya qayıdıb.

Premyer Liqadan Çempionşipə "Bornmut”, "Uotford” və "Norviç” yuvarlanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR