Premyerliqadan La Liqaya: Ən yaxşı 10 transfer  - FOTOLAR

Premyerliqadan La Liqaya: Ən yaxşı 10 transfer - FOTOLAR

Sport7.Az saytı futbol tarixində İspaniya La Liqasında iştirak edən klubların İngiltərə Premyerliqasından reallaşdırdığı ən yaxşı 10 transferi təqdim edirt.

1. Devid Bekhem. İngiltərə millisinin canlı əvsanələrində olan bu futbolçu çıxış etdiyi hər bir klubda sərgilədiyi oyunu ilə gözoxşayırdı. 2003-cü ildə İspaniyanın "Real Madrid" klubuna transfer olunub. Zidan, Fiqo, Ronaldo ilə bir klubda çıxış edən Beks komandası ilə bir çox uğurlara imza atıb.

2. Tyeri Anri. 2007-ci ildə "Brselona"ya transfer olunan zaman o sayılıb seçilən hücumçulardan biri hesab olunurdu. Üç mövsüm ərzində Anri "Barsa" ilə yeddi kubok qazanıb. 2009-cu ildə Çempionlar Liqasının qalibi olub. Elə həmin il ilk dəfə olaraq bir ispan klubu mövsümü üç kubokla (İspaniya kubokları nəzərə alınır) başa vurub.

3. Luis Surez. Uruqvaylı ulduz futbolçu "Liverpul"dan "Barsa"ya transfer olunduqdan sonra 2 ay yaşıl meydanlardan uzaq qaldı. Buna baxmayaraq "atıcı" ləqəbli bu futbolçunun dönüşü möhtəşəm olub. "Barselona" forması ilə ilk oyununu "Real Madrid"ə keçrən Lui gözəl oyunu ilə seçilib. Elə
bu səbədən cari mpvsümdə Lui "Katalpnlar"ın əsas "silah"larından biri hesab olunur.

4. Qaret Beyl.
"Totenhem"dən inanılmaz məbləğlə "kral" klubuna transfer olunub. Hər kəsi bir sual maraqlandırıdı. Bir belə pula dəyərmi? O, isə sərgilədiyi oyunu ilə elə ilk mövsümdə komandası ilə iki kubok qazandı.

5. Stiv Makmenemen. 1999-cu ildə "Liverpul"dan "Real Madrid" klubuna transfer olunub. Oynadığı dörd mövsüm ərzində 11 dəfə kubok finalına çıxıb və 8 dəfə bu triumfa sahib olub.

6. Rud van Nisterroy. "Mançester Yunayted"də oynadığı oyunu ilə və vurduğu qollarla çempinatın ən yaxşılarından olub. Madrid "Real"ına transfer olunduqdan sonrada qollarına davam edib. Rud La-Liqada iki dəfə çempion olub. Oynadığı 150 matçda 95 dəfə rəqib qapısının torunu silkələyib.

7. Van Brokfost. "Arsenal"dan "Barsa"ya transfer olunan hollandiyalı ulduz futbolçu oynadığı mövqedə əvəzolunmaz idi. 

8. Silviniyo. Braziliyalı ulduz öncə "Selta"ya transfer olunub. Daha sonra "Barsa" rəhbərliyi onu heyətə qatıb. Burada o 8 kuboka yiyələnəb, onlardan ikisi Çempionlar liqası və üçü La-Liqa kuboku olub.

9. Sesk Fabreqas. "Barselona"nın ən səs-küylü transferlərindən sayılır. İlk mövsümdəcə dörd kubok qazanan ispaniyalı ulduz futbolçu, sonraki mövsümdə yenidən La Liqa çempionluğu yaşadı.

10. Kriştiano Ronaldu. Bu futbolçu haqqında ancaq xoş sözlər söyləmək olar. Rekord məbləğ qarşısında "Real MAdrid" klubuna transfer olunan "Terminator" qazandığı pula laiq oduğunu hər dəfə sübut edib. İndiyənə dək "Real Madrid" forması ilə 260 matçda 273 qola imza atan Krişti rekordları al-üst edib.


Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR