Prezident İlham Əliyev DÇ-2018-in açılışına qatılacaq

Prezident İlham Əliyev DÇ-2018-in açılışına qatılacaq
Azərbaycan prezidenti İlham Əliyev Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak edəcək.

Sport7.az xəbər verir ki, bu barədə RİA "Novosti" Prezident Administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb.

Qeyd edək ki, dünya çempionatının açılış mərasimi iyunun 14-də "Lujniki” stadionunda keçiriləcək.

Açılış mərasimi Rusiya və Səudiyyə Ərəbistanı yığmalarının qarşılamasından öncə baş tutacaq.

Mərasiminə bir neçə ölkənin liderləri, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir. (APA)
 
Sport7.az

Xəbər lenti