"Prezident Kuboku"na yekun vuruldu

Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən təşkil olunan çövkən milli atüstü oyunu üzrə "Prezident Kuboku”nun final oyunu keçirilib.

Sport7.az xəbər verir ki, final matçında "Sərhədçi” və "Polad” çövkən komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə əsas hissə 1:1 hesablı bərabərliklə bitib. Qaydalara əsasən oyuna 20 dəqiqə vaxt  əlavə olunub. Əlavə edilən vaxtda da komandalar qarşılıqlı olaraq rəqib qapısına bir dəfə yol tapa bilib. Bununla da, oyunun taleyini penalti zərbələri müəyyən edib. Penaltilərdə önə keçən "Sərhədçi” komandası ümumi hesabda rəqibi üzərində 4:3 hesablı qələbə qazanaraq "Prezident Kuboku”nun sahibi olub.

"Buta Qolden” və "Sərhədçi-2 Dilbaz” keçirilən üçüncülük uğrunda görüşdə isə birincilər rəqibinə 3:0 hesabı ilə qalib gələrək turniri bürünc medalla bitirib.

Turnirin bombardiri, eyni zamanda, ən məhsuldar oyunçusu "Polad”ın 9 qola imza atan hücumçusu Şəhriyar Ağayev olub.

Qaliblərə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev tərəfindən kubok, medal və diplomlar təqdim olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR