Prezident La Liqanın bərpası ilə bağlı tarix açıqladı

Prezident La Liqanın bərpası ilə bağlı tarix açıqladı

İspaniya La Liqasının prezidenti Xavyer Tebas çempionatın bərpa olunacağı tarixi açıqlayıb.

Sport7.az xəbər verir ki, Almaniyada mövsümün davam etdirilməsinə münasibətini bildirən Tebas, "Mən çox şadam. Bundesliqanın baş direktorunu təbrik etdim. Çox əhəmiyyətli iş gördülər, onlarla fəxr edirəm. Bu, təqlid üçün nümunədir. İstəyirəm ki, İspaniya çempionatı mümkün qədər tez başlasın. Biz 12 iyuna yönəlirik. Azarkeşlərin problemləri bu vəziyyətdə daha mövcud deyil. Oyunçular cəmlənməlidir. Hər yeni mərhələ bizə böyük miqdarda insanla olmağa icazə verir və ehtiyatlı olmalıyıq. Bizim təhlükəsizlik tədbirlərimizlə məşqlərdə yoluxmaq praktiki cəhətdən mümkün deyil" sözlərini söyləyib.

La Liqanın yarış cədvəlinə Katalon "Barselona”sı başçılıq edir. Komanda 58 xal toplayıb. Onu 56 xalla Madrid "Real”ı izləyir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR