Prezident seçiklərində hamı Salaha səs verdi

Prezident seçiklərində hamı Salaha səs verdi
Bu mövsüm "Liverpul"da karyerasının ən parlaq dönəmini keçirən Mohammad Salah ölkəsi Misirdə qeyri-adi şəkildə ön plana çıxıb. 

Sport7.az xəbər verir ki, bütün ölkənin qürur duyduğu futbolçuya prezident seçkilərində çox sayda səs verilib.

60 milyon seçicidən 23 milyonu seçkilərdə iştirak edib. Hazırkı prezident Abdulfettah es-Sisinin 92, rəqibi Mustafa Musanın 3 faiz səs topladığı seçkidə Salaha 1 milyon səs verilib. 

Ötən yay "Roma"dan "Liverpul"a 42 milyon avroya transfer olunan Salaha "Transfermarkt" hazırda 80 milyon avro qiymət qoyub. O, cari mövsümdə meydana çıxdığı 42 rəsmi qarşılaşmada 37 qol vurub və 12 məhsuldar ötürmə edib. İndiyədək milli komandada keçirdiyi 55 oyunda 35 dəfə fərqlənən Salah Misirin "DÇ-2018"ə vəsiqə qazanmasında əsas vasitəçi olub.
 
Sport7.az

Xəbər lenti