Prezident tanınmış idmançıları mükafatlandırdı - FOTOLAR

Prezident tanınmış idmançıları mükafatlandırdı - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün ölkə başçısı İlham Əliyev bir sıra idman xadimləri və idmançıları ilin yekunları ilə bağlı olaraq mükafatlandırıb.

Sport7.az xəbər verir ki, mükafatlandırılanlar arasında AFFA Məşqçilər Komitəsinin üzvlərindən olan Ağasəlim Mircavadov da olub.

Ona Prezidentin fərdi təqaüdü ayrılıb. Təqaüd ayrılanlar arasında basketbol üzrə mütəxəssis Elxan Əliyev də olub.

Həmçinin bir neçə idmançıya iki otaqlı ev təqdim olunub. Bunların arasında bu il dünya və Avropa çempionu olmuş yunan-Roma güləşçisi Eldəniz Əzizli də var.

Bundan başqa, bu il kikboksinq üzrə Avropa çempionatının gümüş mükafatçısı olmuş Ramal Aslanov, Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarının qalibi taekvondoçu Ayxan Tağızadəyə, qadın qroysmeyster şahmatçı Gülnar Məmmədovaya da ev verilib.

Mükafatlandırılanlar arasında Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov da var. Ona fəxri fərman verilib.
 







 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR