Prezidentdən qalmaqallı qola şərh

Prezidentdən qalmaqallı qola şərh
FİFA prezidenti Canni İnfantino futbolun video hakim texnologiyasına ehtiyacı olduğunu söyləyib.

Sport7.az xəbər verir ki, Şimali və Mərkəzi Amerikada keçirilən DÇ-2018-in seçmə mərhələsində Panamanın Kosta-Rikanı 2:1 məğlub edərək dünya çempionatına vəsiqə qazandığı oyunda baş verən hakim səhvi ilə bağlı fikirlərini bildirən İnfantino futbolda texnologiyadan daha çox yararlanmaq məcburiyyərində olduqlarını söyləyib. 

Panamanın vurduğu ilk qolda topun qapıdan keçməməsinə rəğmən hakimin verdiyi qol qərarından danışan prezident "Hakim də hamımız kimi insandı və səhv edir. O zaman bəzi şeyləri düzəltmək lazımdı" sözlərini işlədib. 

İnfantino həmçinin "Hakimdən başqa bütün dünya epizodu yalnız bir neçə saniyə ərzində izləyə bilir. Hakim isə istəmədiyindən deyil, qadağa olduğu üçün izləyə bilmir. Məncə bununla bağlı ən qısa zamanda qərar verməmiz lazımdı" ifadələrini də söyləyib. 

Videohakim texnologiyası yayda keçirilən Konfederasiyalar Kubokunda tətbiq edilmişdi.

Sport7.az

Xəbər lenti