Prezidentdən Zabit Səmədova hədiyyə - FOTO

Prezidentdən Zabit Səmədova hədiyyə - FOTO

Çeçenistanın Qroznı şəhərində keçirilən "Qroznaya bitva - 13” adlı döyüş gecəsində "Axmat” klubunu təmsil edən dünya və Avropa çempionatlarının, müxtəlif Qran-prilərin qalibi olmuş azərbaycanlı döyüşçü Zabit Səmədov revanş matçında Polşa əsilli Avstraliyanı təmsil edən Pol Slovinski üzərində qələbə qazanıb. Sport7.az xəbər verir ki, Səmədovun qələbəsi onun yaxın dostu olan Çeçenistanın prezidenti Ramzan Kadırovun da diqqətindən yayınmayıb.

Belə ki, Kadırov Səmədova son model "Mersedes" avtomobili hədiyyə  edib. Azərbaycanlı döyüşçü sosial şəbəkə vasitəsi ilə prezidentə təşəkkürünü bildirib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR