Prins imzaladı

Prins imzaladı
La Liqada çıxış edən "Las Palmas" qanalı hücumçu Kevin-Prins Boatenqlə müqaviləni uzatdığını açıqlayıb.
 
Sport7.az xəbər verir ki, klubdan verilən açıqlamada Boatenqlə müqavilənin müddətinin 2020-ci ilə qədər uzadıldığı bildirilib. 
 
"Herta", "Tottenhem", "Borussiya", "Portsmut", "Milan", "Şalke" kimi klubların formasını geyən futbolçu İspaniyaya mövsümün əvvəlində gəlmişdi. O "Las Palmas"ın formasında meydana çıxdığı 29 matçda 10 qola imza atıb.
 
Sport7.az

Xəbər lenti