"Problem tezliklə aradan qalxacaq" - Rüfət Dadaşov

"Eniş zamanı budumda ağrı hiss etdim. Sonra yığmanın baş məşqçisi Nikola Yurçeviçlə məsləhətləşdik və növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı". 

Sport7.az xəbər verir ki, bu sözləri millimizin üzvü Rüfət Dadşov deyib.

Almaniyanın "Proyssen" klubunun hücumçusu "Bild"ə açıqlamasında zədəsi barədə danışıb: "Belimdə problemin olmasından şübhələnirik. Bu üzdən hərtərəfli müayinə olunacam. Ümid edirəm ki, problem tezliklə aradan qalxacaq".

Qeyd edək ki, Dadaşov zədə səbəbindən millinin son oyunlarını buraxıb. Onun noyabrın 23-də 3-cü Bundesliqanın növbəti turunda "Zviçkau" ilə keçiriləcək matçda iştirakı sual altındadı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR