“Proqres” davam, “Baltsan”la “Uypeşt” tamam

“Proqres” davam, “Baltsan”la “Uypeşt” tamam
Dünən axşam keçirilən Avropa Liqasının oyunlarından azərbaycanlı azarkeşlərin diqqətini daha çox üç qarşılaşma çəkirdi. Bu qarşılaşmalar bizə tanış olun "Baltsan”, "Uypeşt” və "Proqres”in iştirakıyla keçirilib.

Sport7.az xəbər verir ki, bu mövsüm təmsilçilərimizin avrokuboklardakı yolunu kəsən komandalardan ikisi artıq mübarizəni dayandırıb.

"Neftçi”ni şoka salan "Uypeşt” doğma meydanda da "Sevilya”ya uduzub. İspaniyadakı oyunda qapısından 4 cavabsız top buraxan Budapeşt təmsilçisi cavab qarşılaşmasında 1:3 hesabıyla məğlub olub.

"Keşlə”nin "qənimi” "Baltsan” isə "Slovan”a eyni hesabla uduzub. Belədə ilk oyunda 2:1 hesablı qələbəyə sevinən maltalılar mübarizəni dayandırıblar.
Lüksemburq təmsilçisi "Proqres” isə yoluna davam edir. "Qəbələ”nin sabiq rəqibi bu dəfə "Honved”u 2:0 hesabıyla yenib və iki oyunun yekun nəticəsinə görə mərhələni adlayıb.

Növbəti mərhələdə "Proqres”in rəqibi Rusiyanın "Ufa” komandası olacaq.

Sport7.az

Xəbər lenti